...

Naxçıvanda “Maliyyə Forum”u keçiriləcək

İqtisadiyyat Materials 14 Dekabr 2024 13:20 (UTC +04:00)
Naxçıvanda “Maliyyə Forum”u keçiriləcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 18-də Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş “Maliyyə Forumu” keçiriləcək.

Bu barədə Trend Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, forumun keçirilməsinin əsas məqsədi mühasibat uçotunun beynəlxalq standartlara uyğunlaşdırılması, vergi münasibətlərinin səmərəliliyinin artırılmasının konkret aspektlərinin vacibliyini nəzərə alaraq bu sahədə maarifləndirmə və məlumatlandırmadan ibarətdir.

Qeyd olunub ki, forum Azərbaycan Respublikasının bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri, Naxçıvan Muxtar Respublikasının hökumət nümayəndələri, muxtar respublikanın bütün mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və onların maliyyə-mühasibatlıq üzrə məsul şəxsləri, muxtar respublikada fəaliyyət göstərən iri sahibkarlıq subyektlərinin rəhbərləri və onların maliyyə-mühasibatlıq üzrə məsul şəxsləri, həmçinin digər mütəxəssislərin iştirakı ilə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti