Bakı. Trend:
Ərəb Dövlətləri Liqasına (ƏDL) sədrlik edən Bəhreyn kralı Həməd bin İsa Əl Xəlifə Dəməşqdə hakimiyyətə gələn silahlı qrupların lideri Əhməd əl-Şaraya məktub göndərib.
Trend-in məlumatına görə, bu barədə Bəhreyn Xəbər Agentliyi bildirib.
Məlumata əsasən, Bəhreyn kralı Suriyanın yeni rəhbərliyi ilə əməkdaşlığa hazır olduğunu bildirib.
Monarx Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınan əl-Şaraya məlumat verib ki, krallıq “qardaş Suriya ilə məsləhətləşmələri və koordinasiyanı” davam etdirəcək. Bundan əlavə, kral məktubda ölkənin Ərəb Liqasındakı “bütün rolunun” bərpasının tərəfdarı olduğunu bildirib.