...

BTQ dekolonizasiya sahəsində tanınmış araşdırmaçılarla birgə işlər görür - Abbas Abbasov

Siyasət Materials 14 Dekabr 2024 11:42 (UTC +04:00)
BTQ dekolonizasiya sahəsində tanınmış araşdırmaçılarla birgə işlər görür - Abbas Abbasov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Təşəbbüs Qrupu (BTQ) 2024-cü ildə 5 memorandum imzalayıb. BTQ beyin mərkəzi kimi xarici tədqiqatçılarla sıx əməkdaşlıq edir, dekolonizasiya sahəsində tanınmış araşdırmaçılarla birgə işlər görür.

Trend xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Dekolonizasiya Günü münasibətilə BTQ-nin genişmiqyaslı hesabatının təqdimatı zamanı söyləyib.

O bildirib ki, bu xüsusda, xarici tədqiqatçılar tərəfindən iki sanballı hesabat hazırlanıb.

"Tədqiqatın məqsədlərindən biri materik Fransanın dənizaşırı əraziləri ilə eyni idarəçiliyə və qanunvericiliyə baxmayaraq, kəskin fərqləndiyini, bu xüsusda Fransa hökumətinin məqsədyönlü diskriminasiya siyasəti yürütdüyünü oxuculara göstərməkdir.

Gəlir səviyyələri, iqtisadi struktur, xarici borc, idxal və ixrac, enerji istehsalı və infrastruktur kimi əsas iqtisadi göstəricilərə diqqət yetirməklə bu araşdırma hər bir regionun üzləşdiyi fərqli çətinlikləri və imkanları təqdim edir", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti