...

Naxçıvanda dövlət qurumlarına məxsus avtomobillər satışa çıxarılır – QİYMƏTLƏR

İqtisadiyyat Materials 14 Dekabr 2024 14:00 (UTC +04:00)
Naxçıvanda dövlət qurumlarına məxsus avtomobillər satışa çıxarılır – QİYMƏTLƏR
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvanda dövlət qurumlarına məxsus bir sıra avtomobillər satışa çıxarılır.

Trend-in Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən məlumatına görə, siyahıda dörd nəqliyyat vasitəsi yer alıb.

Məlumata görə, hərrac Xidmətin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən 16 yanvar 2025-ci il tarixində keçiriləcək.

Satışa çıxarılan nəqliyyat vasitələrinin satart qiymətləri 1200 manatdan 7400 manatadək dəyişir.

Hərraca qanunvericiliyə müvafiq olaraq alıcı hesab edilən, sifariş və digər zəruri sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim etmiş və nəqliyyat vasitəsinin ilkin satış qiymətinin 10 faizi həcmində beh keçirmiş hüquqi və fiziki şəxslər buraxılırlar.

Sifarişlər Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən Naxçıvan şəhəri, 8-ci küçə, 1/5A ünvanında hərracın keçirilməsinə ən geci 3 (üç) bank günü qalanadək qəbul olunacaq.

Hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısı təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti