Bakı. Trend:
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin akademik C.M.Abdullayev adına Elmli-Tədqiqat Kardiologiya İnstitunda təmir işləri aparılacaq.
Bu barədə Trend dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.
Belə ki, institutun binalarında müəyyən söküntü və təmir işləri, su və elektrik təchizatının yaxşılaşdırılması və s. işlər həyata keçiriləcək.
Məlumata görə, artıq bununla bağlı institut hazırlıqlara başlayıb.
İnstitut sözügedən işlərin icrasının 1.024.708,20 AZN-ə (1 milyon 24 min 708 manat 20 qəpik) başa gələcəyini proqnozlaşdırıb.