Bakı. Trend:
Azərbaycan İstanbulda turizm üzrə nümayəndəlik açacaq.
Trend xəbər verir ki, bunu Şahdağda ilin yekunlarına həsr olunan tədbirdə jurnalistlərə açıqlamasında Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Cavanşir Bayramov deyib.
Onun sözlərinə görə, Moskvada və Təl-Əvivdə turizm bürolarının nümayəndəlik ofisləri fəaliyyət göstərir.
“Eyni zamanda, Hindistan və Çində təmsilçilik ofisləri fəaliyyət göstərir”, - o qeyd edib.