Bakı. Trend:
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın komandası Ukraynadakı münaqişəyə son qoymaq üçün hazırkı ABŞ administrasiyası və Ukrayna rəsmiləri ilə danışıqlar aparır.
Trend-in məlumatına görə, bu barədə "NBC News" televiziya kanalı mənbələrə istinadən bildirib.
Məlumata əsasən, Trampın müşavirləri və administrasiyasındakı vəzifələrə namizədlər hələlik nizamlanma planının konkret təfərrüatlarını açıqlamayıblar.