Bakı. Trend:
Gürcüstanda prezident seçkilərində səsvermə prosesi başa çatıb.
Trend xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl Gürcüstan Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin rəsmən baş tutmuş sayıldığı elan edib.
xxx
09:00
Gürcüstan parlamentində prezident seçkisi başlayıb.
Trend Gürcüstan KİV-ə istinadən xəbər verir ki, səsvermə 14:00-a qədər davam edəcək.
İclas zalında artıq səsvermə üçün xüsusi seçki qutuları quraşdırılıb.
Gürcüstan Konstitusiyasına yeni düzəlişlərə əsasən, yeni prezident deputatlardan və yerli özünüidarə orqanlarının nümayəndələrindən ibarət 300 nəfərlik seçici kollegiyası tərəfindən 5 illik müddətə seçiləcək. İlk turda səslərin üçdə ikisini qazanan namizəd qalib gəlmiş hesab olunacaq.
Gürcüstan prezidentliyinə yeganə namizəd isə deputat, Gürcüstanın futbol üzrə yığma komandasının keçmiş hücumçusu Mixail Kavelaşvilidir.
Xatırladaq ki, Gürcüstanın hazırkı Prezidenti Salome Zurabişvilinin səlahiyyət müddəti dekabrın 16-da başa çatır. Buna baxmayaraq, o, dövlət başçısı kimi səlahiyyət müddəti bitdikdən sonra prezident sarayını tərk etməyəcəyini bildirib.