Bakı. Trend:
ABŞ-ın yeni seçilmiş prezidenti, respublikaçı Donald Tramp, ölkədə yay vaxtına keçidin ləğv edilməsinə çalışacağını bəyan edib.
Trend-in məlumatına görə, Tramp bu açıqlamanı dekabrın 14-də sosial media hesabında edib.
Qeyd edək ki, ABŞ-da yay vaxtına keçid sistemi 1966-cı ildən tətbiq olunur. Bununla belə, Arizona, Havay, Amerika Samoası, Quam, Şimali Mariana, Puerto Riko və Virgin adaları bu sistemə qoşulmur və vaxt dəyişikliklərindən istisna təşkil edir.