...

Azərbaycanda Media Savadlılığı Həftəsinə start verilir

Cəmiyyət Materials 15 Dekabr 2024 14:10 (UTC +04:00)
Azərbaycanda Media Savadlılığı Həftəsinə start verilir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 16-dan 22-dək Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Azərbaycanda Media Savadlılığı Həftəsi keçiriləcək.

Trend xəbər verir ki, bu tədbirin əsas məqsədi cəmiyyətdə media savadlılığı ilə bağlı maarifləndirməni artırmaq, beynəlxalq uğurlu təcrübəni öyrənmək, xüsusilə gənclərin bilik və bacarıqlarını inkişaf etdirməkdir. Eyni zamanda, informasiya mənbələri ilə effektiv qarşılıqlı əlaqənin qurulması və məsuliyyətli rəqəmsal vətəndaşlıq anlayışının təbliği də həftənin hədəfləri arasındadır.

Ənənəvi olaraq təşkil olunan Media Savadlılığı Həftəsi çərçivəsində yerli və beynəlxalq ekspertlər, eləcə də tərəfdaş qurumların nümayəndələri bir araya gələrək fikir və təcrübələrini bölüşəcək. Həftə boyunca media savadlılığının müxtəlif aspektlərini əhatə edən tədbirlər və layihələr həyata keçiriləcək.

Bu təşəbbüs həm media mühitinin təkmilləşdirilməsinə, həm də cəmiyyətdə məsuliyyətli media istifadəsinin təşviqinə xidmət edir.

Xəbər lenti

Xəbər lenti