Bakı. Trend:
BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen Dəməşqə gəlib.
Trend-in məlumatına görə, bu barədə Suriyanın “Əl Vətən” qəzeti xəbər yayıb. Nəşr səfərlə bağlı digər təfərrüatları açıqlamayıb.
Dekabrın 10-da Birləşmiş Millətlər Təşkilatı region ölkələrini Suriyanın ərazi bütövlüyünü pozan hər hansı hərəkətlərdən çəkinməyə çağırıb. BMT Baş katibinin sözçüsü Stefan Düjarrik bildirib ki, region dövlətləri və beynəlxalq ictimaiyyət Suriya xalqının öz yolunu seçə bilməsi üçün onlara dəstək olmalıdır.