Bakı. Trend:
İngiltərə millisinin keçmiş baş məşqçisi Qaret Sautqeyt idmana verdiyi töhfələrə görə cəngavər rütbəsi ilə təltif olunacaq.
Trend “The Sun” qəzetinə istinadla xəbər verir ki, Sautqeytin adı Yeni ildən əvvəl elan ediləcək dövlət mükafatları siyahısında yer alacaq.
"The Sun" Sautqeyti 1966-cı ildə İngiltərəni Dünya Kubokunda çempion edən Alf Ramseydən sonra ölkənin ən uğurlu baş məşqçisi adlandırıb.
Qeyd edək ki, Sautqeyt 2019-cu ildə Rusiyada keçirilən dünya çempionatındakı nailiyyətlərinə görə Britaniya İmperiyasının Ordeninin Zabit rütbəsi ilə təltif edilmişdi. Bu mükafat sistemi beş dərəcədən ibarətdir və ən yüksək rütbələrdən biri olan Cəngavərlər statusu şəxsin adına “Ser” fəxri prefiksi əlavə edir.