...

Cənubi Qafqazda sabitlik sülh sazişi ilə mümkündür - Türkiyə müdafiə naziri

Siyasət Materials 15 Dekabr 2024 18:17 (UTC +04:00)
Cənubi Qafqazda sabitlik sülh sazişi ilə mümkündür - Türkiyə müdafiə naziri
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Qafqazda sabitliyin təmin olunması Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasından keçir.

Trend xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər jurnalistlərə açıqlamasında səsləndirib. Nazirliyin Mətbuat Xidməti tərəfindən yayılan məlumatda Y.Gülər iki ölkənin sülh istiqamətində atdığı addımları və son dövrlərdə əldə olunan irəliləyişi məmnuniyyətlə qarşıladıqlarını bildirib.

“Türkiyə hər zaman Azərbaycanın haqlı mübarizəsini dəstəkləyib və bu dəstəyi davam etdirəcək. Bu gün Qarabağın hər bir guşəsində şanlı Azərbaycan bayrağının dalğalanmasından böyük məmnunluq duyuruq. ‘Bir millət - iki dövlət’ şüarı ilə əlaqələrimizi, xüsusən müdafiə sənayesi və hərbi əməkdaşlıq sahələrində, ən yüksək səviyyəyə qaldırmağa çalışırıq,” - deyə Yaşar Gülər qeyd edib.

Xəbər lenti

Xəbər lenti