...

Tbilisidə parlament binası yaxınlığında yenidən mitinq keçirilir

Dünya xəbərləri Materials 15 Dekabr 2024 19:30 (UTC +04:00)
Tbilisidə parlament binası yaxınlığında yenidən mitinq keçirilir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bir neçə yüz nəfər yenidən Tbilisidə parlament binası yaxınlığında hökumət əleyhinə mitinq üçün toplaşıb.

Trend xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Etirazçılar Rustaveli prospektini bağlayıblar və şəhərin müxtəlif yerlərindən ayrı-ayrı qruplarla oraya gəlib, Rustaveli prospektində birləşiblər. Onlar əvvəlki günlərdə olduğu kimi, hökumətin istefasını və yeni parlament seçkilərinin təyin edilməsini tələb edirlər.

Polis etirazçılara müdaxilə etmir. Daxili İşlər Nazirliyi nümayişçiləri dağıtmaq üçün istifadə edilən xüsusi texnikanı hələ də yerləşdirməyib.

Xəbər lenti

Xəbər lenti