Bakı. Trend:
Məhəmməd Salah “Liverpul”un heyətində ən yaxşı göstəricisinə imza atıb.
Trend "The Sun" qəzetinə istinadən xəbər verir ki, Misirli yarımmüdafiəçi Məhəmməd Salah, bütün yarışlar üzrə “Liverpul”da 100-cü məhsuldar ötürməsini həyata keçirib.
O, Premyer Liqada “Fulhem”lə qarşılaşmanın 47-ci dəqiqəsində Kodi Qakpoya məhsuldar ötürmə verib (2:2).
Bu matç, həmçinin Salahın “Liverpul”da keçirdiyi 372-ci oyunu olub.