...

Trampın komandası Orbanın Ukrayna təşəbbüsünü nəzərdən keçirməyə hazırdır

Dünya xəbərləri Materials 15 Dekabr 2024 23:32 (UTC +04:00)
Trampın komandası Orbanın Ukrayna təşəbbüsünü nəzərdən keçirməyə hazırdır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın komandası daha əvvəl Macarıstanın baş naziri Viktor Orbanın irəli sürdüyü Ukraynada münaqişənin bundan sonrakı həlli üçün bu ölkədə atəşkəs təklifini nəzərdən keçirməyə hazırdır.

Trend-in məlumatına görə, bu barədə D.Trampın gələcək milli təhlükəsizlik müşaviri Mayk Uolts "CBS" telekanalında bildirib.

"Hərbi əməliyyatları dayandırmaq lazımdır. Əgər ilk addım kimi hansısa atəşkəs təklif olunarsa, biz bunun nə demək olduğunu diqqətlə öyrənəcəyik", - deyə M.Uolts qeyd edib.

O əlavə edib ki, Trampın 2025-ci il yanvarın 20-də inauqurasiya mərasiminə qədər onun komandası addımlarını demokrat Co Baydenin administrasiyası ilə “koordinasiya edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti