Bakı. Trend:
Türkiyə Suriyada demokratik, sivil hökumətin qurulmasını istəyir.
Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.
“Biz Suriyada demokratik, sivil hökumətin qurulmasına çalışırıq. Suriyadakı yeni hökumətin Bəşər Əsədin hərəkətlərini təkrarlamasını istəmirik”, - deyə Hakan Fidan vurğulayıb.
Onun sözlərinə görə, Ankara yeni hakimiyyətə kömək edəcək: “Türkiyə Suriyada İranı əvəz etmək fikrində deyil. Tehranın yeni vəziyyətdən xəbərdar olduğunu nəzərə alsaq, Suriyanın mübahisələr meydanına çevriləcəyini düşünmürəm".