Bakı. Trend:
Serbiya prezidenti Aleksandr Vuçiç Serbiya Təhlükəsizlik və İnformasiya Agentliyinin nümayəndələri ilə görüş keçirib.
Trend-in məlumatına görə, görüş zamanı A.Vuçiç ABŞ-nin Serbiyanın "NIS" ("Serbiyanın Neft Sənayesi") şirkətinə Rusiya mülkiyyətində olması səbəbindən sanksiyalar tətbiq etmək qərarı fonunda fəaliyyət planını müzakirə edib.
Bildirilib ki, Balkan respublikasının hakimiyyəti dekabrın 16-da problemin tezliklə həlli üçün ABŞ və Rusiya Federasiyası ilə danışıqlara başlamaq niyyətindədir.
"Mən indicə Agentlik ilə görüşü başa vurdum, orada NİS-in ABŞ və bir sıra digər ölkələrin sanksiyalarına məruz qalacağı ilə bağlı rəsmi məlumatları nəzərdən keçirdik. Biz bu vəziyyətdə necə hərəkət etməyi, necə reaksiya verməyi və Serbiya vətəndaşlarının təhlükəsizliyini necə təmin etməyi müzakirə etdik. Serbiyada insanların üzləşdiyimiz ciddi problemlərə baxmayaraq, həyat standartlarında, işlərində və gündəlik həyatlarında bunu hiss etməmələri bizim üçün son dərəcə vacibdir. Buna əsaslanaraq biz hərəkətə keçəcəyik və sabah (16 dekabr) amerikalılar, ruslar və hər kəslə danışıqlara başlayacağıq", - deyə Serbiya prezidenti bildirib.