...

Türkiyə Kipr probleminə daha 60 il sərf etmək istəmir - Fəxrəddin Altun

Dünya xəbərləri Materials 16 Dekabr 2024 03:10 (UTC +04:00)
Türkiyə Kipr probleminə daha 60 il sərf etmək istəmir - Fəxrəddin Altun
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə və Yunanıstan qarşılıqlı anlaşma, iqtisadi əməkdaşlıq və mədəni mübadilə yolu ilə əlaqələri gücləndirməlidir.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Yunanıstanın “Ta Nea” qəzetinə müsahibəsində deyib.

Kipr problemindən danışan Fəxrəddin Altun BMT-nin himayəsi altında uzun illər aparılan danışıqların uğursuzluğunu xatırladıb.

Onun fikrincə, reallığı etiraf etməyin vaxtıdır: Kiprdə iki ayrı xalqın və iki ayrı dövlətin mövcudluğunu. Nə Kipr türkləri, nə də Türkiyə daha 60 ili boş yerə sərf etməyə razı deyil.

Altun Egey dənizi kimi həssas mövzularda qarşılıqlı hörmətə çağırıb. Egey dənizi “yunan gölü deyil”. O qeyd edib ki, uzun sahil xətti ilə Türkiyənin bölgədə qanuni hüquqları və həyati maraqları var.

“Bəzi məsələlərdə həll olunmamış fikir ayrılıqları olsa da, hər iki ölkənin üzləşdiyi problemlər, eləcə də regionda və ondan kənarda maraqlarımız eynidir. Əməkdaşlıq bizə diqqəti münaqişələrdən ümumi məqsədlərə yönəltməyə imkan verir”,- deyə o yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti