...

Azərbaycanda ehtiyac meyarı və yaşayış minimumunun həddi artırılır

İqtisadiyyat Materials 16 Dekabr 2024 11:36 (UTC +04:00)
Azərbaycanda ehtiyac meyarı və yaşayış minimumunun həddi artırılır
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Gələn il ehtiyac meyarı və yaşayış minimumunun həddi 285 manat götürüləcək.

Trend xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Qeyd edilib ki, 2025-ci il 1 yanvar tarixindən ehtiyac meyarının həddi 270,0 manatdan 285,0 manata yüksəldiləcək.

Yaşayış minimumunun da artıq ehtiyac meyarına bərabər götürüldüyü nəzərə alınsa, yaşayış minimumu və ehtiyac meyarı 2024-cü illə müqayisədə 5,5 faizdən çox artırılır.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Xəbər lenti

Xəbər lenti