Bakı. Trend:
Fələstin Administrasiyası Cenin şəhəri və qaçqın düşərgəsinə nəzarəti bərpa etmək üçün əməliyyat keçirmək üçün ABŞ-dan kömək istəyib.
Trend-in məlumatına görə, bu barədə "Axios" portalı məlumatlı mənbələrə istinadən bildirib.
Məlumata əsasən, Fələstin Administrasiyası ABŞ Təhlükəsizlik Koordinatoru Mayk Fentzelə Fələstin təhlükəsizlik qüvvələrinin təcili ehtiyac duyduğu avadanlıq və sursatların siyahısını təqdim edib.
Qeyd olunub ki, Fələstin Administrasiyasına istənilən hərbi yardım yalnız İsrailin razılığı ilə həyata keçirilə bilər.
Bildirilib ki, ABŞ prezidenti Co Bayden administrasiyasının rəsmiləri İsraildən təcili sursatlar, dəbilqələr, bronjiletlər, radio stansiyalar, gecəgörmə cihazları, partlayıcı maddələrin zərərsizləşdirilməsi üçün geyimlər və zirehli maşınların tədarükünə razılıq vermələrini xahiş ediblər.