Bakı. Trend:
Cənubi Koreyanın Birgə Hərbi Vəziyyət İstintaq Qrupu bu həftə vəzifəsindən uzaqlaşdırılan prezident Yun Sok Yolu dindirməyə çağıracaq.
Trend-in məlumatına görə, bu barədə "Yonhap" agentliyi xəbər verib.
"Polis, Yüksək vəzifəli məmurlara qarşı korrupsiya faktlarının araşdırılması İdarəsi (CIO) və Müdafiə Nazirliyinin istintaq departamentindən ibarət birgə qrup Yun Sok Yoldan çərşənbə günü onların qarşısına çıxmasını xahiş edəcək", - deyə bildirilib.
Yun Sok Yol dekabrın 3-də hərbi vəziyyət elan etməsi ilə əlaqədar üsyanın təhrikçisi olmaqda ittiham olunur.
Cənubi Koreya prezidenti şənbə günü deputatların impiçmentə səs verməsindən sonra vəzifəsindən kənarlaşdırılıb.