Bakı. Trend:
ABŞ-nin Texas ştatının Hyuston şəhərində şənlik zamanı atışma nəticəsində ən azı iki yeniyetmə ölüb, dörd nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə yerli polisə istinadla “Associated Press” məlumat yayıb.
Məlumata görə, naməlum şəxs şənlikdə atəş açıb. Nəticədə 14 və 16 yaşlı yeniyetmələr ölüb, daha 5 nəfər xəstəxanaya çatdırılıb. Zərərçəkənlərdən birinin vəziyyətinin ağır olduğu bildirilir.
Polis araşdırmaları davam etdirir, lakin cinayəti törədənin kimliyi barədə heç bir məlumat verilmir.