Bakı. Trend:
Paytaxtda avtoxuliqanlıq edən daha bir sürücü həbs edilib.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan “Vaz 21074” markalı, 99-TD-097 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Muhəmmədəli Bayışlı saxlanılıb.
"Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə M.Bayışlının sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 30 sutka inzibati qaydada həbs edilib",- deyə məlumatda qeyd edilib.