Bakı. Trend:
Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən müvafiq tədbirlər nəticəsində Cəlilabad rayonu ərazisində 3 mağaza və köşkdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib.
Polis əməkdaşları tərəfindən həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokollar tərtib olunub.