Bakı. Trend:
Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.
Trend xəbər verir ki, dəyişikliklərdən sonra 2025-ci il üçün həm dövlət, həm də icmal büdcələrinin gəlir və xərcləri bərabər olaraq 40,0 milyon manat artır, yəni dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat, xərcləri 41 milyard 407 milyon 600 min manat, icmal büdcənin gəlirləri 43 milyard 950 milyon 500 min manat, xərcləri 47 milyard 629 milyon 400 min manat təşkil edəcəkdir.
Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.