...

“Araz-Naxçıvan”ın qapıçısı Azərbaycan çempionatları tarixinə düşüb

İdman Materials 16 Dekabr 2024 13:22 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram Azərbaycan çempionatları tarixinə düşüb.

Trend xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

O, Bəynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) siyahısına düşmək üçün zəruri olan 660 quru dəqiqə səddini geridə qoyub.

Onun Misli Premyer Liqasındakı quru seriyası XVII turda qırılıb. Moldovalı legioner qapısını ümumilikdə 677 dəqiqə toxunulmaz saxlayıb.

Oktyabrın 26-da XI turun “Zirə” ilə səfər oyununun 30-cu dəqiqəsində Giorgi Papunaşvilinin vurduğu qoldan sonra Avram ardıcıl 6 görüşü quru keçirib. O, “Neftçi”, “Zirə”, “Sumqayıt” (hər üçü 1:0), “Kəpəz” (2:0), “Turan Tovuz” (1:0) və “Səbail”lə (1:0) qarşılaşmalarda qol buraxmayıb.

XVII turun “Sabah”la görüşünün 78-ci dəqiqəsində fərqlənən Coy-Lens Mikels komandasına 1:0 hesablı qələbə qazandırmaqla Avramın seriyasını qırıb.

Bu, ölkə çempionatları tarixində ən azı 660 dəqiqə davam edən 21-ci quru seriyadır. Avram 677 dəqiqəlik seriya ilə siyahıda 20-ci göstəriciyə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti