...

Gələn ildən diaqnostik qiymətləndirilmələrdə fənn bilikləri ilə yanaşı, metodik bacarıqlara da diqqət yetirəcəyik - Nazir

Cəmiyyət Materials 16 Dekabr 2024 15:03 (UTC +04:00)
Gələn ildən diaqnostik qiymətləndirilmələrdə fənn bilikləri ilə yanaşı, metodik bacarıqlara da diqqət yetirəcəyik - Nazir
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildən başlayaraq metodik işin yenidən təşkil edilməsində, diaqnostik qiymətləndirilmələrdə fənn bilikləri ilə yanaşı, metodik bacarıqlara da diqqət yetirəcəyik.

Trend xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Elm və Təhsil Nazirliyinin akademik mətbu orqanı olan elmi-nəzəri, pedaqoji “Azərbaycan məktəbi” jurnalının 100 illik yubileyi münasibətilə keçirilən tədbirdəki çıxışında deyib.

"Biz diaqnostik qiymətləndirilmələrdə müəllimin fənn biliklərini dəyərləndiririk, düşünürük ki, fənn bilikləri aşağı olan müəllimin metodik bacarıqları yüksək ola bilməz. Amma müəllimlik tək fənn bilikləri yox, həm də metodik bacarıqlar deməkdir.

Metodik kabinetlərin ardıcıl və mərhələli islahatları aparılacaq", - deyə nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti