Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) üç kredit ittifaqının lisenziyasını ləğv edib.
Bu barədə Trend AMB-yə istinadən xəbər verir.
Bildirilib ki, bunlar "Amin Kredit İttifaqı", "Abbas Kredit İttifaqı" və "Azərmaliyyə Kredit İttifaqı"dır.
Qeyd edək ki, bununla da Azərbaycanda lisenziyası olan kredit ittifaqlarının sayı 36-ya enib.