Bakı. Trend:
Bu il ərzində Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən nəzarət olunan çimərlik ərazilərində batmaq təhlükəsi ilə üzləşmiş 71 nəfər və nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə 90 nəfər olmaqla, cəmi 161 nəfər xilas edilib.
Trend xəbər verir ki, bu barədə dekabrın 16-da Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 19-cu ildönümü və işçilərinin peşə bayramı münasibətilə keçirilən iclasda bildirilib.
Qeyd olunub ki, nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə suda batmış 52 nəfərin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.