...

Aİ Şurası Rusiyaya qarşı 15-ci sanksiyalar paketini təsdiqlədi

Dünya xəbərləri Materials 16 Dekabr 2024 18:34 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) 15-ci sanksiyalar paketini təsdiqləyərək, Rusiya, Çin və Şimali Koreyadan olan 84 fiziki və hüquqi şəxsi "qara siyahı"ya daxil edib. Siyahıya, həmçinin, Rusiyadan neft daşıyan tankerlər də əlavə edilib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının XİN rəhbərləri səviyyəsində yayımladığı bəyanatda deyilir.

“Aİ Şurası 54 fiziki və 30 hüquqi şəxsə qarşı 15-ci sanksiyalar paketini təsdiqlədi”, – deyə bəyanatda bildirilir.

Sanksiyalar, o cümlədən, Şimali Koreyanın "iki məmuruna" və Çinin Rusiyaya elektronika və pilotsuz uçuş aparatlarının komponentlərini tədarük etməkdə şübhəli bilinən şirkətlərinə qarşı tətbiq edilib.

Aİ, "Yeddilik Qrupu"nun müəyyən etdiyi "qiymət hədləri"ni nəzərə almadan Rusiya neftini daşıdığı iddia edilən üçüncü ölkələrə məxsus 52 tankerin Avropa limanlarına girişini və bir sıra dəniz nəqliyyatı xidmətlərindən istifadəsini qadağan edib.

Yeni sanksiyalar paketinə, həmçinin, Rusiya üçün ikili təyinatlı malların əldə edilməsində və ticarət məhdudiyyətlərinin "dəf edilməsində" iştirakda şübhəli bilinən Çin, Hindistan, İran, Serbiya və BƏƏ-dən olan 32 şirkət daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti