Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə bu ilin yanvar-noyabr aylarında 34 milyondan çox müraciət edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ölkənin sosial reyestri olan e-sosial.az portalından həmin dövrdə 6,2 milyon dəfə istifadə olunub. 233 min təyinat e-infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib.
Son illərdə sosial sahədə geniş elektronlaşma proqramı icra olunub. Hazırda nazirliyin 160 xidmətindən 145-dən çoxu elektron qaydada təqdim edilir. Həmçinin 50-dən çox proaktiv xidmət, geniş funksional imkanlara malik e-sosial.az portalı və “Əmək və Məşğulluq” altsistemi yaradılıb.
Nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlardan sorğular da daxil olmaqla, bu ilin 11 ayında nazirliyin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 623 milyon olub.