...

Azərbaycanda sahibkarların biznesə çıxışını asanlaşdırmaq üçün müxtəlif proqramlar həyata keçirilir - Nazir

İqtisadiyyat Materials 16 Dekabr 2024 15:51 (UTC +04:00)
Azərbaycanda sahibkarların biznesə çıxışını asanlaşdırmaq üçün müxtəlif proqramlar həyata keçirilir - Nazir
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda Azərbaycanda sahibkarların biznesə çıxışını sadələşdirmək və asanlaşdırmaq məqsədilə müxtəlif proqramlar, qanunvericilik təşəbbüsləri və inzibati mexanizmlər həyata keçirilir.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bir sıra sahibkarlara "Dayaq" mükafatının təqdimat mərasimində bildirib.

"Hər bir ölkənin inkişafı sahibkarlığın inkişafından keçir. Hazırda biz sahibkarların biznesə çıxışını asanlaşdırmaq və sadələşdirmək məqsədilə müxtəlif proqramlar, qanunvericilik təşəbbüsləri və inzibati mexanizmlər həyata keçiririk. Bu tədbirlər Azərbaycanda yeni və genişmiqyaslı sahibkarlıq sinfinin formalaşması üçün möhkəm təməl yaradıb.

Əminəm ki, gələcəkdə birgə fəaliyyətimiz müxtəlif layihələrin həyata keçirilməsinə və sahibkarlığın müxtəlif istiqamətlərdə dəstəklənməsinə töhfə verəcək, bu da ölkənin inkişafına böyük fayda gətirəcək", – deyə nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti