Bakı. Trend:
Xarici dil bilən müəllimlərin aparılan tədqiqatlarla tanış olma imkanları olur. Amma heç də hər müəllimin müxtəlif dillər bilmə imkanı yoxdur.
Trend xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Elm və Təhsil Nazirliyinin akademik mətbu orqanı olan elmi-nəzəri, pedaqoji “Azərbaycan məktəbi” jurnalının 100 illik yubileyi münasibətilə keçirilən tədbirdəki çıxışında deyib.
Nazir qeyd edib ki, "Azərbaycan müəllimi" jurnalı Azərbaycanın keçmişi və gələcəyi arasında bir körpüdür.
O bildirib ki, jurnalın Azərbaycan dilində saxlanılması olduqca vacibdir.
"Ucqar kəndlərdə işləyən müəllimlər üçün də bu jurnaldan istifadə əlçatan olmalıdır. Çünki xarici dil bilən müəllimlərin aparılan tədqiqatlarla tanış olma imkanları olur. Amma heç də hər müəllimin müxtəlif dillər bilmə imkanı yoxdur" -, deyə nazir əlavə edib.