...

473 məktəbin əsaslı təmirinə ehtiyac var - Baş nazir

Cəmiyyət Materials 16 Dekabr 2024 12:13 (UTC +04:00)
473 məktəbin əsaslı təmirinə ehtiyac var - Baş nazir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda 473 məktəbin əsaslı təmirinə ehtiyac var.

Trend xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı bildirib.

"Ümumtəhsil məktəblərinin vəziyyəti ilə bağlı qeyd etmək istərdim ki, hazırda 473 məktəbin əsaslı təmirinə ehtiyac var. Bu, ölkədəki bütün məktəblərin 10%-ni təşkil edir", - o bildirib.

Baş nazir bildirib ki, bunlardan 123 məktəbdə təmir-tikinti işlərinin gələn ildə aparılması nəzərdə tutulub:

“Bu işlər mərhələli şəkildə davam etdiriləcək və 2028-ci ilədək tamamlanması planlaşdırılır”.

Xəbər lenti

Xəbər lenti