Bişkek. Trend:
Qırğızıstan Nazirlər Kabinetinin sədri və Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov istefa verib.
Trend Qırğızıstan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müvafiq fərman prezident Sadır Japarov tərəfindən imzalanıb.
Qeyd edək ki, Akılbek Japarov 13 oktyabr 2021-ci ildən etibarən Nazirlər Kabinetinin sədri vəzifəsini icra edirdi və bu vəzifədə üç il çalışıb.
Onun yerinə Nazirlər Kabinetinin rəhbəri vəzifəsinə kimin təyin ediləcəyi ilə bağlı rəsmi məlumat verilməyib.