Bakı. Trend:
İnnovativ məhsulların Mərkəzi Bankın nəzarəti altında məhdud şəkildə sınaqdan keçirilməsini təmin edən xüsusi tənzimləmə rejiminin ikinci dövründə iştirakla bağlı müraciətlərin qəbulu başlayıb.
Bu barədə Trend tənzimləyici quruma istinadən xəbər verir.
Məlumata görə, bu mərhələdə maliyyə texnologiyaları sahəsində
fəaliyyət göstərən innovativ məhsul və xidmətlərin sınaqdan
keçirilməsi üçün qəbul prosesi həyata keçiriləcək: "Müraciətlərin
qəbulu 2025-ci ilin yanvar ayının 15-dək davam edəcək.
Xüsusi tənzimləmə rejiminin meyarlarına uyğun gələn innovativ
maliyyə məhsulları Mərkəzi Bank ilə bağlanılacaq müqavilə əsasında
sınaqda iştirak etmək hüququ qazanacaq".
"Qeyd edək ki, xüsusi tənzimləmə rejimi ölkədə maliyyə
inklüzivliyini artırılmaqla bazarın daha şəffaf və səmərəli surətdə
inkişaf etməsinə dəstək göstərməyi hədəfləyir.
Xüsusi tənzimləmə rejimində iştirak etmək üçün Mərkəzi Banka
“Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası”nın 4.2-ci bəndində
qeyd olunan sənədləri və məlumatları xüsusi internet səhifəsi
(sandbox.cbar.az) vasitəsilə və ya yazılı şəkildə təqdim etmək
mümkündür.
Xüsusi tənzimləmə rejimi ilə bağlı suallar yarandığı təqdirdə
[email protected] ünvanına müraciət etməyiniz xahiş olunur", -
məlumatda qeyd olunub.