...

Son 5 ildə həyata keçirilən sosial islahat paketləri 4 milyon vətəndaşı əhatə edib - Baş nazir

İqtisadiyyat Materials 16 Dekabr 2024 12:34 (UTC +04:00)
Son 5 ildə həyata keçirilən sosial islahat paketləri 4 milyon vətəndaşı əhatə edib - Baş nazir
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə büdcənin əsas xərc istiqamətlərindən biri əhalinin sosial müdafiəsi və sosial təminatı olacaqdır. Şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlət siyasətinin prioritetləri sırasında daim qalmağa davam edəcək.

Trend xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.

Baş nazir qeyd edib ki, ümumilikdə bütün istiqamətlər üzrə sosialyönlü xərclər dövlət büdcəsi xərclərinin 40 faizini üstələyir.

"2025-ci ildə minimum əməkhaqqı, pensiya, müavinət və digər sosial ödənişlərdə yeni artımlar 3 milyona yaxın vətəndaşı əhatə edəcəkdir. Son 5 ildə həyata keçirilən 4 sosial islahat paketi isə 7 milyard manat olmaqla 4 milyon vətəndaşı əhatə edib", - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti