Bakı. Trend:
Paytaxtda 3 nəfərə qarşı 78 min manatlıq dələduzluq olunub.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhər sakini olan 3 nəfərin ümumilikdə 78770 manatını, bir nəfərin isə 3000 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 48 yaşlı V.Səfərov və 63 yaşlı İ.Musayev müəyyən olunaraq saxlanılıblar.
Hər iki faktla bağlı araşdırma aparılır.