Bakı. Trend:
Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandasında çıxış edən fransalı futbolçu Kərim Benzema gələcək karyerası ilə bağlı qərarını verib.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, 37 yaşlı forvard gələn ilin may ayında futbolla vidalaşacaq.
Məlumata görə, artıq onun yeni iş yeri də bəllidir. Benzema karyerasını bitirdikdən sonra sabiq komandası olan İspaniyanın “Real Madrid” klubunun səfiri olacaq.
Qeyd edək ki, K. Benzema “Real Madrid”lə yanaşı, ölkəsində “Lion” komandasının da formasını geyinib. O, 2023-cü ilin yayından “Əl-İttihad”da çıxış edir.