Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında 326 milyon 4401 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub.
Bu barədə Trend Naxçıvanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1% çoxdur.
Eyni zamanda, bu ilin ilk 11 ayında muxtar respublikada istehsal olunan bitkiçilik məhsullarının ümumi dəyəri 1,2% artaraq, 179 milyon 34 min manat, heyvandarlıq məhsullarının ümumi dəyəri isə 1,1% artaraq, 147 milyon 367 min manat olub.