Bakı. Trend:
Dekabrın 17-də Yer kürəsini G1 sinifli maqnit qasırğası vuracaq.
Trend xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Sibir Bölməsinin Günəş Fizikası İnstitutu tərəfindən yaradılmış Günəş Astronomiyası və Heliogeofizika Avadanlıqları Laboratoriyası məlumat verib.
Alimlərin məlumatına görə, maqnitosferdə dəyişikliklər Bakı vaxtı ilə saat 14:00-da baş verəcək. Bu zaman qasırğanın zirvə nöqtəsinə çatacağı gözlənilir. Qasırğa saat 19:00-da zəifləməyə başlayacaq.
Qeyd edək ki, mütəxəssislərin fikrincə, maqnit qasırğaları hipertoniya xəstələri, insult və ya infarkt keçirmiş şəxslər üçün çətinliklər yarada bilər. Bu cür qasırğalar aritmiya və ürək ağrılarına səbəb ola bilər.