...

Növbəti il üçün İşsizlikdən sığorta fondunun xərcləri məlum olub

İqtisadiyyat Materials 16 Dekabr 2024 11:35 (UTC +04:00)
Növbəti il üçün İşsizlikdən sığorta fondunun xərcləri məlum olub
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Növbəti il üçün İşsizlikdən sığorta fondunun xərcləri məlum olub.

Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında İşsizlikdən sığorta fondunun büdcəsi müzakirəyə çıxarılıb.

Sənədə əsasən, işsizlikdən sığorta fondunun 2025-ci il üzrə xərcləri 260 700 000,0 manat məbləğində təsdiq edilir. Bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılardır:

- İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsinin gəlirləri 206 400 000,0 manat;

- İşsizlikdən sığorta fondunun 2025-ci il yanvarın 1-nə yaradılmış ehtiyatından 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 54 300 000,0 manat.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Xəbər lenti

Xəbər lenti