...

Torpaqların dincə qoyulması məsələsi qanunvericilikdən çıxarılıb - Nazirlik rəsmisi

Cəmiyyət Materials 16 Dekabr 2024 12:45 (UTC +04:00)
Torpaqların dincə qoyulması məsələsi qanunvericilikdən çıxarılıb - Nazirlik rəsmisi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İndiyə qədər kənd təsərrüfatı yerləri (uqodiyalar) içərisində dincə qoyulma var idi. O da artıq Torpaq Məcəlləsinə edilmiş dəyişiklikdən sonra qanunvericilikdən çıxarıldı.

Trend xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət şöbəsinin müdiri Firudin Tağıyev Torpaq Məcəlləsinə edilmiş dəyişiklərlə bağlı keçirilən brifinqdə deyib.

"Əslində, bizim müzakirələrimiz göstərdi ki, dincə qoyulma bir prosesdir. Onun hər hansı kənd təsərrüfatı yeri kimi Torpaq Məcəlləsində saxlanılması məqsədəuyğun hesab edilmədi", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti