Bakı. Trend:
Rusiya Silahlı Qüvvələrinin ştat sayı 1,5 milyon hərbçiyə qədər artırılıb.
Trend xəbər verir ki, bunu bu gün Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin yekun kollegiya iclasında çıxış edərkən deyib.
V.Putin Rusiya Silahlı Qüvvələrinin döyüş tərkibinin təkmilləşdirilməsinə və onların imkanlarının artırılmasına ciddi diqqət yetirildiyini bildirib.
“Silahlı Qüvvələrin döyüş tərkibinin təkmilləşdirilməsinə və onların potensialının artırılmasına ciddi diqqət yetiririk. Bu vəzifələrin icrası çərçivəsində Leninqrad və Moskva hərbi dairələri, bir sıra yeni hərbi hissələr və birləşmələr formalaşdırılmışdır. Silahlı Qüvvələrin ştat sayı 1,5 milyon hərbi qulluqçuya qədər artırılmışdır”, – dövlət başçısı vurğulayıb.