...

Qeyri-yaşayış sahələrinin istismarına icazə ilə bağlı 1500-ə yaxın mülkiyyət hüququ tanınıb - Dövlət Xidməti rəsmisi

Cəmiyyət Materials 16 Dekabr 2024 13:02 (UTC +04:00)
Qeyri-yaşayış sahələrinin istismarına icazə ilə bağlı 1500-ə yaxın mülkiyyət hüququ tanınıb - Dövlət Xidməti rəsmisi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Qeyri-yaşayış sahələrinin istismarına icazə ilə bağlı indiyədək 1500-ə yaxın mülkiyyət hüququ tanınıb və proses davam edir.

Trend-in məlumatına görə, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri İlqar Həbiyev Torpaq Məcəlləsinə edilmiş dəyişiklərlə bağlı keçirilən brifinqdə deyib.

"Qeyri-yaşayış sahələrinin istismarına icazə ilə bağlı müraciətlər ilkin olaraq Fövqəladə Hallar Nazirliyinin portalına təqdim olunur. Bizdə olan məlumata görə, bununla bağlı 25 minə yaxın hüquq sahibi müraciət edib.
Müvafiq İcra Hakimiyyəti orqanlarından və Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bizə daxil olan sənədlər əsasında, indiyədək 1500-ə yaxın mülkiyyət hüququ tanınıb və proses davam edir", - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti