Bakı. Trend:
Milli Məclisin iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin (üçüncü oxunuş) müzakirəsinə başlanılıb.
Trend-in məlumatına görə, Dövlət sosial müdafiə fondunun 2025-ci il üzrə xərcləri 7 676 420 000,0 manat məbləğində təsdiq edilir. Bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılardır:
- Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsinin gəlirləri 7 617 400 000,0 manat;
- Dövlət sosial müdafiə fondunun 2025-ci il yanvarın 1-nə yaradılmış ehtiyatından 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 59 020 000,0 manat.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.