...

Humanitar vəziyyət gərginləşir, xəstəlik riski artır - UNICEF

Cəmiyyət Materials 16 Dekabr 2024 05:42 (UTC +04:00)
Humanitar vəziyyət gərginləşir, xəstəlik riski artır - UNICEF

Bakı. Trend:

BMT-nin Uşaq Fondu (UNICEF) İdlibdə təmiz su çatışmazlığı, qida qıtlığı və vəba kimi xəstəliklərin yayılma təhlükəsi barədə xəbərdarlıq edib. 2023-cü ilin fevral zəlzələsinin təsirlərini hələ də yaşayan bölgədə 14 illik müharibənin səhiyyə xidmətlərinə ciddi zərər vurduğu bildirilir.

Trend-in məlumatına görə, bu barədə "euronews.com" saytında bildirilib.

Məlumata əsasən, UNICEF-in Yaxın Şərq üzrə kommunikasiya nümayəndəsi Salim Oveisin sözlərinə görə, regionda humanitar vəziyyət ağır olaraq qalır. O, İdlibdəki bəzi düşərgələrdə uşaqlar və valideynlərlə görüşdüyünü, onların müəyyən ümidlər bəsləsələr də, əsas xidmətlərdən faydalana bilmədiklərini vurğulayıb. Bildirib ki, insanlar yoxsulluq səbəbindən uşaqlarına çörək verə bilmir, təmiz su və sanitariya çatışmazlığı xəstəliklərin yayılmasına səbəb olur.

UNICEF beynəlxalq ictimaiyyəti təcili birgə tədbirlər görməyə səsləyir. Xüsusilə təmiz suya çıxış və səhiyyə xidmətlərinin bərpası regionda əsas prioritet olaraq qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti