...

PwC Azərbaycan şirkəti rəqabət qanunvericiliyinə həsr olunmuş sessiya ilə “TLP Həftəsi 2024” tədbirinə start verib (FOTO)

İqtisadiyyat Materials 16 Dekabr 2024 11:39 (UTC +04:00)
PwC Azərbaycan şirkəti rəqabət qanunvericiliyinə həsr olunmuş sessiya ilə “TLP Həftəsi 2024” tədbirinə start verib (FOTO)

Bakı. Trend:

PwC Azərbaycan “Rəqabət qanunvericiliyində bazar payının və təmərküzləşmələrin tənzimlənməsi” mövzusunda maarifləndirici sessiya keçirməklə “TLP Həftəsi 2024” tədbirinə uğurla başlayıb. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə birgə təşkil olunan tədbirdə PwC şirkəti məlumat mübadiləsinə və peşəkar inkişafa daim önəm verdiyini bir daha nümayiş etdirib.

PwC Azərbaycan şirkətinin hüquq xidmətləri üzrə Meneceri Gülnar Zülfüqarova və Baş hüquq məsləhətçisi Nəzrin Haqverdiyevanın moderatorluq etdiyi sessiyada rəqabət qanunvericiliyinə edilmiş dəyişikliklər ətraflı təhlil edilib. İştirakçılar əsas terminologiya, qanunvericilik mexanizmləri və onların praktik tətbiqi haqqında dəyərli biliklər əldə ediblər.

Tədbirdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Təbii inhisarlara dövlət nəzarəti şöbəsinin müdiri Şəmsi Rzalı və Antiinhisar Nəzarəti şöbəsinin müdiri Fuad Yadigarov ilə təmsil olunan dəyərli nümayəndələr iştirak ediblər. Onların qatıldığı interaktiv sual-cavab sessiyası iştirakçılara mürəkkəb mövzuları müzakirə etməyə və ekspert məsləhətləri almağa imkan verib.

“Düşünürük ki, dövlət-özəl tərəfdaşlığı çərçivəsində qarşılıqlı dialoqun davam etməsi və bazara mühim təsiri olan qanunvericilik dəyişikliklərinin düzgün anlaşılaraq açıq müzakirə edilməsi çox əhəmiyyətlidir”, deyə Gülnar Zülfüqarova bildirib. “Bu cür təşəbbüslərin biznesə müsbət təsirini nəzərə alaraq məlumatlandırıcı tədbirlərin keçirilməsi şirkətimizin prioritetləri arasında yer alır.”

“TLP Həftəsi 2024” müxtəlif sahələr üzrə biliklərin artırılmasına və əməkdaşlığın təşviqinə yönəlmiş sessiyalarla davam edəcək.

Xəbər lenti

Xəbər lenti