Bakı. Trend:
Milli Məclisin növbəti iclası başlayıb.
Trend xəbər verir ki, iclasın gündəliyinə 14 məsələ daxildir.
Bunlar aşağıdakılardır:
1. “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi
haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü
oxunuş).
2. “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında”
Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
3. “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında”
Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
4. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu
haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü
oxunuş).
5. “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının
həddi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü
oxunuş).
6. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi
(üçüncü oxunuş).
7. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik
edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr
tarixli 406-VIQD nömrəli Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
8. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (üçüncü oxunuş).
9. “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və
“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (üçüncü oxunuş).
10. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (üçüncü oxunuş).
11. Azərbaycan Respublikası Milli Məclisinin 2025-ci il üçün
xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisinin
qərarının layihəsi.
12. Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci il üçün
xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisinin
qərarının layihəsi.
13. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
14. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan
Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması
haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi
barədə”, “Psixiatriya yardımı haqqında”, “Azərbaycan
Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (birinci oxunuş).